Xəbər lenti

"Dövlət qurumları biznesə girişib” - Ekspert
Ölkə10:08 26.04.2017

"Dövlət qurumları biznesə girişib” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Hərə bir publik hüquqi şəxs yaradır, sonra başlayır istədiyi xidmət haqqı tətbiq etməyə...”.
"Qaynar" xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev belə deyib.
Onun sözlərinə görə Dövlət İmtahan Mərkəzi (DİM) dövlətin adından abituriyentləri, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankları və sığorta şirkətlərini soyur, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə dövlət standartlarını hazırlayıb pulla satır:
“Əslində DİM-in vəziyyətini hardasa anlayıram, dövlət büdcəsindən bu quruma vəsait ayrılmalı idi ki, imtahanlar tamamilə pulsuz olsun. Amma Palatanın xidmət haqları çox yüksəkdir. Banklar həmin xərcləri yükləyəcək müştərinin üzərinə və bank xidmətlərini bahalaşdıracaq. Bu gün dünyada dövlət xidmətlərinə əhalinin çıxış imkanları artırılır, onların pulsuz olması vacib şərt hesab edilir. Azərbaycanda isə dövlət qurumları biznesə girişiblər”. 
Qaynar.Az