Xəbər lenti

"Dövlətin belə tələbələri maliyyələşdirməsinə nə ehtiyac var?" - Ekspert
Ölkə09:12 07.06.2016

"Dövlətin belə tələbələri maliyyələşdirməsinə nə ehtiyac var?" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kredit veriləcək tələbələrin bir neçəsi istisna olmaqla, əksəriyyətinin savad göstəricisi aşağı səviyyədədir. Belə tələbələrin maliyyələşdirilməsinə nə ehtiyac var?" 
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsinə və kreditlərin qaytarılma prosessinə münasibət bildirərkən deyib.
Əkrəm Həsənov bildirib ki, 6 faiz çox aşağı dərəcədir: "Belə bir kreditin verilməsi ümumilikdə yaxşıdır. Amma bu məqamda bəzi sullar ortaya çıxır. Qeyd olunur ki, tələbə təhsilini bitirdikdən sonra bir il müddətinə krediti qaytarmalıdır. Adətən tələbələr universiteti bitirdikdən sonra birinci ildə iş tapa bilmir. Bilikli, savadlı tələbə də ya yüksək maaşla iş tapa bilmir, ya da əksər yerlərdə onları bir neçə ay pulsuz işlədirlər. Mən özüm Mərkəzi Bankda 5 ay pulsuz işləmişəm. Bu halda birinci ildə krediti qaytarmaq çətinləşir. Ən azı iki il vaxt vermək lazimdır ki, tələbə krediti qaytara bilsin. Qaytara bilməsə də, bir şey edə bilməyəcəklər. Şərtlərdə qeyd olunub ki, məhkəməyə verəcəklər. Amma zamin və girov yoxdu. Tələbənin də bir qayda olaraq adına heç nə olmur. Bu baxımdan pulu almaq da çətin olacaq". 
Ekspert vurğulayıb ki, burda önəmli bir məsələ də var: "Kredit dövlətin unversitetlərinə şamil olunub. Bu layihənin təsisçiləri tanınmış və böyük məktəblərdir. Amma hamı bilir ki, həmin ali məktəblərdə pullu təhsilə daxil olanlar test imtahanından aşağı bal toplayanlardır. Bir neçəsi istisna olmaqla, əksəriyyətinin savad göstəricisi aşağı səviyyədədir. Belə tələbələrin maliyyələşdirilməsinə nə ehtiyac var? Dövlət alı məktbləri arasında yalnız bir ali məktəbdə - ADA-da  bütün təhsil pulludur. ADA bu layihədə iştirak etsəydi, düşünmək olardı ki, burda təhsil pulludur və ora daxil olan uşaqların nəticələri də əladır. Halbuki, bu tipli ali məktəblərin tələbələrinə ehtiyac var. Hansı ki, onlar ən yüksək balı yığıblar".
Qafqaz Rafiqoğlu 
Qaynarinfo.az