Xəbər lenti

"Əli İnsanov əfv üçün müraciət etməyib" - VƏKİL
Ölkə10:28 16.05.2014

"Əli İnsanov əfv üçün müraciət etməyib" - VƏKİL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Biz əfv üçün müraciət etməmişik” 

Qaynar.info xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev deyib.

Vəkil T.Babayev Əli İnsanovun adının bir qrup hüquq müdafiəçisi tərəfindən əfvlə bağlı prezidentə ünvanlanan müraciətə salınması ilə bağlı heç bir təşəbbüs irəli sürmədiklərini də söylədi: “Nə mənim, nə də Əli İnsanovun hüquq müdafiəçilərinə əfvlə bağlı müraciətimiz olmayıb. Əli İnsanov müraciət etməyib, etməyəcək də. Mənim və müvəkkilimin sabiq nazirin adının o siyahıya salınmasından xəbərimiz yoxdur”.

Qeyd edək ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu modern.az-a bildirib ki, prezident İlham Əliyevə əfv fərmanı verməsi ilə bağlı müraciət ediblər: “Biz mayın 28-də prezident İlham Əliyevin əfv fərmanı imzalayacağını gözləyirik. Təqdim etdiyimiz siyahıdakı məhbusların sayı 26-29 arasındadır. Hüquq müdafiəçiləri olaraq biz də müraciətlərimizi etmişik. Siyahıya keçmiş “OMON”un iki üzvü, sabiq səhiyyə naziri Əli İnsanov, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, “NİDA”çı gənclər, “REAL” Hərəkatının lideri İlqar Məmmədov, Nemət Pənahov və hazırda həbsdə olan jurnalistlər daxildirlər”.

Onun sözlərinə görə, bütün hüquq müdafiəçiləri səbirsizliklə növbəti əfv fərmanının imzalanacağını gözləyir və bir çox adamın azadlığa çıxacağına ümid edir.

Qaynar.info