Xəbər lenti

"Elmlər Akademiyası"da gün ərzində ikinci gərginlik
Ölkə12:12 15.01.2015

"Elmlər Akademiyası"da gün ərzində ikinci gərginlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metrosunda gün ərzində ikinci dəfə həyəcan yaşanıb. Özü də eyni stansiyada. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin lent.az-a verdiyi məlumata görə, bu gün saat 14 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında eskalator qırılıb. 
Hadisəyə səbəb sərnişinlərdən birinin eskalatora əşya atması olub: “Əşya eskalatorun darağını qırıb. Dərhal həmin eskalatorun fəaliyyəti dayandırılıb. Ehtiyat eskalatoru işə salınıb”.
Qeyd edək ki, bu gün səhər saatlarında “Elmlər Akademiyası”nda eskalatorda nasazlıq olub. Bu da sərnişinlər arasında narahatlığa səbəb olub. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə 08:48-də baş verib: “Elmlər Akademiyası” stansiyasında 3 eskalator işləyir. Səhər saatlarında eskalatorların ikisi qalxmaq, biri eniş üçün istifadə edilib. Yuxarı qalxan eskalatorların birində yürüyün rezini çıxıb. Bir neçə dəqiqə hərəkət dayanıb. Eskalatorun hərəkəti 08:52-də bərpa edilib”. 
Qaynar.info