Xəbər lenti

"Elmlər Akademiyası"nın əsas girişi bağlanır - FOTO
Ölkə12:35 14.04.2016

"Elmlər Akademiyası"nın əsas girişi bağlanır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metronun "Elmlər Akademiyası" stansiyasının birinci vestibülünün təmiri ilə bağlı hazırlıq işlərinə başlayıb.

Qaynar.info bildirir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu gün gecə saatlarından vestibüldə təmir işlərinə başlanacaq: "Bununla bağlı hazırda stansiyanın təmir aparılacaq vestibülündə təhlükəsizlik tədbirlərinə başlanıb, ərazidə təhlükəsizlik hasarları çəkilib. Gecə saat 12-də vestibül tam bağlanacaq və sabahdan etibarən təmir işlərinə başlanacaq. Vestübülün bağlanmasına səbəb oradakı 3 eskalatorun istismar müddətini başa vurmasıdır. Buna görə də həmin vestibüldəki hər 3 eskalator söküləcək və yeni, müasir eskalatorlarla əvəzlənəcək. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir ediləcək. Təmir işlərinin təxminən 6 ay çəkəcəyi gözlənilir".

N.Paşayev bildirib ki, təmir müddətində sərnişinlər stansiyanın ikinci vestibülündən, yəni ikinci çıxışından giriş-çıxış kimi istifadə edəcəklər.

Qaynar.info