Xəbər lenti

"Çelsi"nin sabiq futbolçusu öldü. - FACİƏ
İdman12:54 25.07.2014

"Çelsi"nin sabiq futbolçusu öldü. - FACİƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Çelsi"nin sabiq futbolçusu Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb. 

Ans press-in məlumatına görə, 23 yaşlı futbolçu Cordan Tabor Antalya şəhərində bir otelin 3-cü mərtəbəsindən yıxılıb. İngiltərə mətbuatında yayılan məlumata görə, Tabor tətil üçün Antalyaya getmişdi. 

Taborun səhər saat 6-da otel işçiləri tərəfindən cansız bədəni aşkarlanıb. Gənc oyunçunun eyvandan düşdüyü zənn edilir. 

"Çelsi" klubu hadisə ilə bağlı başsağlığı verib: "Klubumuzdakı hər kəs bu ölüm xəbəriylə böyük bir şok keçirib. Hər birimiz dərin bir kədər hissi yaşayırıq. Bütün ürəyimiz sabiq futbolçumuzun ailəsi və yaxınlarıyla birlikdədir", - deyə klubdan bildirilib.

Qaynar.info