Xəbər lenti

"Ən qısa hekayə"nin qalibləri bəlli oldu
Ölkə08:53 17.01.2014

"Ən qısa hekayə"nin qalibləri bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kulis.Az mədəniyyət dərgisinin keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin qalibləri məlum olub.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə elan edilib ki, birinci yerin qalibi 39 səslə “Veteran” hekayəsinin müəllifi Vüsalə Məmmədovadır. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 31 səslə Cavid Zeynallı (“Ata”) və 28 səslə Rüfət Əhmədzadə (“Atdılar”) tutub.
 
Müsabiqənin Facebook qalibi 3114 “like”la Mehman Telmanoğludur (“Zibanın nağılı”).
 
14 səslə dördüncü yeri tutan Şərif Ağayar və dəstək məqsədilə müsabiqədə iştirak etmiş yazıçı Afaq Məsud xüsusi mükafatla təltif ediliblər.
 
Kulis.Az mədəniyyət dərgisinin keçən il dekabr 13-də elan etdiyi “Ən qısa hekayə” müsabiqəsində ümumilikdə 472 hekayə çap olunub və iştirakçılar onlayn səsvermə ilə bəyəndikləri 3 hekayəyə səs veriblər.
 
Birinci yerin qalibi 300, ikinci yerin qalibi 200, üçüncü yerin qalibi 100 manat pul mükafatı ilə mükafatlandırılacaq.
 
Facebook sosial şəbəkəsində keçirilən sorğunun qalibi isə  Kulis.Az-ın xüsusi diplomu ilə təltif ediləcək.

Qaynar.info