Xəbər lenti

"Əsgər təsərrüfat işlərinə cəlb olunmayacaq"- General
Ölkə11:14 18.07.2014

"Əsgər təsərrüfat işlərinə cəlb olunmayacaq"- General

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Söhbət gəzir ki, biz köhnə proqramlara, Rusiya sisteminə qayıdırıq. Bu, yalandır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri bu gün Salyan kazarmasında tanınmış media qurumları başçılarının Müdafiə Nazirliyinin rəhbərləri ilə görüşündə  müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev deyib.

O, nazir Zakir Həsənovun keçirdiyi kollegiya iclasında əsas tapşırıq kimi dağ şəraitində döyüş hazırlığını gücləndirməyin olduğunu bildirib:
“Azərbaycan ordusu NATO istiqamətində təlim keçir, bütün proqramlar NATO sisteminə uyğunlaşdırılıb, ordu quruculuğu davam edir”.

General-leytenant bildirib ki, bundan sonra əsgərlər təsərrüfat işlərinə cəlb olunmayacaqlar. Belə ki, orduda işləmək üçün artıq 3 000 mülki şəxs işə qəbul olunub. Bu rəqəmin  20 000-ə çatacağı gözlənilir.

Qaynar.info