Xəbər lenti

"Evlilik təklifini həbsdən əvvəl etmişdi..." - Nigar Yaqublu toy günündə
Ölkə07:38 01.08.2016

"Evlilik təklifini həbsdən əvvəl etmişdi..." - Nigar Yaqublu toy günündə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbsdə olan jurnalist Seymur Həzi Müsavat Partiyasının üzvü Nigar Yaqublu ilə evlənir. Nigah mərasimi bu gün jurnalistin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq. 1 avqust günorta saat 12-də cütlük həbsxanada nikaha daxil olacaq.

Qaynarinfo.Az Nigar Yaqubludan bu münasibətlə açıqlama alıb. 

O bildirib ki, Seymur Həzidən hələ həbsə düşməmişdən əvvəl evlilik təklifi alıb: "Amma əvvəlcə bu təklifə real baxmırdım. Sonra Seymur bəy həbs olundu. Bizim münasibətlərimiz o həbsxanada olanda başlayıb. Ondan əvvəl elə bir münasibətimiz olmayıb".

Nigar Yaqublu bildirib ki, Seymur Həzidən evlilik təklifini də elə avqustun 1-də alıb: "Elə oldu ki, bu həm də bizim evlənmə günümüz oldu. Onda mən həbsdən çıxmışdım. Mən həbsdə olanda bizim şəxsi münasibətlərimiz olmayıb".

Qeyd edək ki, Seymur Həzi 2014-cü ilin avqustun 30-da həbs edilib. O, xuliqanlıqda ittiham olunur. Jurnalist bu ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” verilişində həm aparıcı, həm də redaktor kimi fəaliyyət göstərdiyinə görə həbs olunduğunu bildirib. “Amnesty İnternational” təşkilatı da Seymur Həzini “vicdan məhbusu” kimi tanıyıb. 

Nigar Yaqublu isə 2012-ci ildə həbs edilmişdi.

Qızılgül

Qaynarinfo.Az