Xəbər lenti

"Facebook" fəaliyyətini bərpa etdi - YENİLƏNİB
Ölkə07:24 27.01.2015

"Facebook" fəaliyyətini bərpa etdi - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda "Facebook" və "İnstagram" sosial şəbəkəsinə girişdə problem yaranıb. Anspress-in "qaynar-xətti"nə müraciət edən oxucularımız sosial şəbəkələrdən istifadə edə bilmədiklərini deyirlər. 
Sosial şəbəkələrdə texniki problemin saat 10:15-dən etibarən başladığı deyilir. İlkin ehtimal kimi "Facebook"a kiber hücüm həyata keçirildiyi güman edilir.
Qeyd edək ki, "Facebook" və "İnstagram" bir şirkətin tərkibində yer alır. Bənzər hadisə ötən ilin avqust ayında da baş vermişdi. O, zaman dünyada minlərlə "Facebook" istifadəçisi sosial şəbəkəyə girişdə ciddi maneələrlə rastlaşmışdı. 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov problemlə bağlı açıqlama verib: "Facebook"da baş verən problem Azərbaycanla əlaqəli deyil". 
O bildirib ki, sosial şəbəkənin və "İntagram"ın işləməməsi ölkədaxili problemdən qaynaqlanmır. Nazirlik rəsmisi problemin şirkətlə əlaqəli olduğunu qeyd edib.
*** 
Dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook" və "Instagram"ın fəaliyyəti bərpa olunub. Səhər saatlarından başlayan texniki nasazlıq artıq həll olunub.
Qaynar.info