Xəbər lenti

"Facebook"da gözlənilməz ayrılıq
Ölkə10:02 07.05.2016

"Facebook"da gözlənilməz ayrılıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Facebook" şirkətinin aparıcı virtual reallıq sisteminin tərtibatçısı və "Oculus VR" şöbəsinin rəhbəri vəzifəsini tutan Meri Lu Cepsen bu ilin avqust ayında şirkəti tərk etmək niyyətindədir.

Qaynarinfo.az lent.az-a istinadən bildirir ki, bu barədə jurnalistlərə məlumat verən mütəxəssis qeyd edib ki, bu sahədə karyerasını davam etdirəcək, ancaq bundan sonra öz istedadını tibb sahəsinə həsr etmək niyyətindədir. 

"Facebook" rəhbərləri belə bir qərara sakit reaksiya verib və Meri Luya uğurlar arzulayıblar. Bildirilib ki, onlar onun yeni texnologiyalar vasitəsilə dünyanı yaxşılığa doğru dəyişdiyini görməyə şad olacaqlar. 

Daha əvvəl isə Cepsen "Google" şirkətinə sahib olan "Alphabet" holdinqində çalışıb və bir il əvvəl "Facebook" şirkətinə keçib.

Qaynarinfo.az