
FaktXəbər saytı qeyri-müəyyən vaxta qədər fəaliyyətini dayandırır.
Bu barədə Qaynar.info-ya "Faktxeber" saytının redaksiyasından məlumat verilib.
Məlumatda bildirilir:
"Azərbaycan mediasında kifayət qədər tanınan, gündəm yaratmağı bacaran "Faktxeber.com" saytı 5 illik fəaliyyətindən sonra maliyyə problemlərinə görə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Sayt yerli mətbuatda doğru xəbərin ünvanı kimi tanınmış, gündəm məsələlərdə həqiqəti öz izləyicilərinə çatdırmağa səy göstərmişdir.
Ümid edirik ki, "Faktxeber.com" saytının maliyyə problemi qısa zamanda həll olacaq və yenidən Azərbaycan mediasında öz yerini tutacaqdır".
Qaynar.info