
Tanınmış turizm şirkələrindən olan "Fly Travel" tanınmış teleaparıcı İlhamiyyə Rzanın ittihamlarına cavab verib.
Şirkətdən Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, İlhamiyyə Rzanın heç bir dəlil və sübut olmadan “Fly Travel” turizm şirkətinə qarşı iddia səsləndirməsi bizi olduqca məyus etdi: " Hörmətli Qaynar.info saytı. Saytınızda İlhamə Rzayevanın haqqımızda səsləndirdiyi iddilara cavab olaraq bildiririk ki, İ.Rzayeva və onunla səfər çıxan dostları “Türk Hava Yolları” şirkəti ilə Tiflisdən (Gürcüstan) İzmirə (Türkiyə) TK 3303, 22.08.2014, Тбилиси (TBS 01:25) — Измир (ADB 03:10), Эконом, багаж 20 кг (1 место) birbaşa uçuş həyata keçirildiyi turpaket alıblar.
Qeyd edək ki, yeni təqdim edilən bu turpaketlər olduqca ucuzdur, lakin mənfi tərəfi ondan ibarətdir ki, belə turpaketlərin saatları müştərilərə nisbətən narahatlıq yaşadır. Belə ki, onlar səhər saat 03:10-da İzmir şəhərində olublar, lakin otellər həmin saatda giriş etmirlər, yəni müştəri qəbul etmirlər. Çünki hotellərdə gün 12:00-dan 12:00-a hesablanir. Otelin qeyd edilən giriş-çıxış tarixlərinə riayət olunmalıdır. Onlar ancaq turpaketdə qeyd edilən saatda öz otel otaqlarına yerləşdirilə bilərlər.
“Sürgün” deyib gözlədikləri saatlar sadəcə onların otel vaxtlarını gözləməklərindən ibarətdir. Yəni otellərdə check in- check out (oteldə yerləşmə - çıxma tarixi) qaydaları saat 12:00-14:00-da həyata keçirilir. “Fly Travel” heç bir halda beynəlxalq turizm qaydasını dəyişə bilməz. Məsələni Türkiyə tərəfi ilə də araşdırmanızı təklif edirik(Vista Hill Hotel Yavansu Mah. Süleyman Demirel Blv. No:154 Kuşadası)".
Qeyd edək ki, bir neçə gün öncə tanınmış teleaparıcı İlhamiyyə Rza ölkənin tanınmış turizm şirkələrindən olan "Fly Travel" tərəfindən aldadıldığını bildirmişdi.
Teleaparıcı həmçinin Bakıya qayıtdıqdan sonra şirkəti məhkəməyə verəcəyini deyir: "İzmirdəki hoteldə Suriya qaçqınları kimi dəhlizdə qaldıq. Çox üzgünəm, özümü fiziki, əsəbi və aldanmış hiss edirəm. Bakıya qayıtdıqdan sonra bunları məhkəməyə verəcəm", İlhamiyyə Rza bildirib.
Xatırladırıq ki, tanınmış teleparıcı İlhamiyyə Rza adı çəkilən turizm şirkətinin xətti ilə tətilə çıxıb. Şirkət isə tanınmış teleaparıcını aldadıb. Hoteldə nömrə problemi, xidmət yetərsizliyinin ucabatından İlhamiyyə xanım uşağı və yanındakı dostları ilə birlikdə saatlarla hotel dəhlizində qalıb.
Qaynar.info