Xəbər lenti

"Formula-1" yarışları ilə bağlı nazirdən AÇIQLAMA
Ölkə09:04 05.03.2016

"Formula-1" yarışları ilə bağlı nazirdən AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda keçiriləcək "Formula-1" yarışı ilə əlaqədar hazırlıq işləri normal qaydada davam edir.

Qaynar.info Trend-ə istinadən bildirir ki, bu barədə Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yarışlara hazırlıqla bağlı işlər cədvəl üzrə aparılır: "Onların icrasında hər hansı problem yoxdur. Asfalt örtüyünün hamısı tamamilə dəyişilib. Asfaltın sonuncu qatı aprelin sonu, may ayının əvvəllərində çəkiləcək. Azadlıq meydanında da tikinti işləri aparılır. Orada müvəqqəti qurulan pit-stop binası tikilir. Texnologiyaların və avadanlıqların çoxu gətirilib, bir hissəsi isə yoldadır".

Qaynar.info