
Fransajandarması hələ də Parisdəki "Azərbaycan evi”nin rəhbəri MirvariFətəliyeva və tələbə Vüsal Hüseynovun ermənilər tərəfindən döyülməsifaktını araşdırıb qurtarmayıb. Parisdəki "Azərbaycan evi”nin rəhbəriMirvari Fətəliyeva Fikir Fabriki İnstitutuna müsahibəsində fransalıermənilər tərəfindən məruz qaldıqları hücum, Fransadakı Azərbaycandiasporunun fəaliyyətləri, qarşılaşdıqları problemlər və görüləcək işlərbarədə danışıb.
- Sizin bu ilin fevralında Parisdə 1988-ci ildə baş verən Sumqayıthadisələri ilə bağlı keçirilən tədbirdə ermənilərin hücumuna məruzqaldığınız barədə videomateriallar və mediadakı məlumatlarla tanışıq. Bubarədə bir qədər də ətraflı sizdən eşidək. Nə baş vermişdi?
- Bu tədbirlə bağlı erməni saytlarından məlumat almışdım. Zəng edibtədbirə yazıldım. Təsdiq cavabını mənim çoxlu təkidlərimdən sonraverdilər. Ora müraciət edən azərbaycanlıların hamısına yox cavabıvermişdilər. Mənə hələ də qəribə gəlir ki, nə üçün mənim tədbirdəiştirakıma razılıq vermişdilər? Onlar məni tanıyırdılar, fəaliyyətiməbələd idilər. Fikirləşdim ki, konfransda iştirak edərəm, qarşı tərəfinfikrini öyrənərəm, sual verərəm, öz fikrimi deyərəm. Mənə çox maraqlıidi ki, qarşı tərəf Sumqayıt hadisələri, onun səbəbləri, Qarabağınaqibəti barədə nə fikirdədir. Çünki tədbirin adı "Sumqayıthadisələrindən 25 il sonra: Dağlıq Qarabağ xalqı üçün gələcəkperspektivlər" idi. Bildirmişdim ki, tədbirdə iki nəfər iştirak edəcək.Amma mən tək gedəcəkdim. Vüsal Hüseynov isə məni ötürüb ParisdəkiAzərbaycan səfirliyinin təşkil etdiyi 26 fevral Xocalı hadisələri iləbağlı sərginin açılışına getməli, çıxışda da məni götürməli idi. LakinVüsal yolda dedi ki, mən də sizinlə getmək istəyərdim. Qapıda mənsənədlərimi verdim, xahiş etdim ki, Vüsalı da içəri buraxsınlar. Onlarda bizə rəsmi blanş verdilər. İçəridə bizi xüsusi kinayəli nəzərlərləsüzürdülər. Çıxışlar monoloq şəklindəydi, heç bir diskussiya yox idi.Görəndə ki, diskussiya yoxdur, dörd çıxışdan sonra zalı tərk etməkistədik. Bu vaxt aparıcı xanım elan elədi ki, Sumqayıt hadisələrindəqətlə yetirilmiş erməniləri yad edək. Bu vaxt mən Vüsala dedim ki, bizqalxmırıq, etirazımızı ancaq bu şəkildə bildirə bilərik. Buna görə zaldatəzyiq başladı ki, biz ayağa qalxaq. Məcbur olub ayağa qalxdıq. Onlarbizi provokasiyaya çəkmişdilər. Ayağa qalxanda mən dedim ki, bu gecəXocalı soyqırımının 21-ci ildönümüdür. Bu bir dəqiqəlik sükut ona həsrolunur. Bu an təşkilatçı mənim qolumdan tutub aşağı oturtmağa çalışdı,əlimi, ağzımı tutmaq istədi. Vüsal ingiliscə (o fransız dilini bilmirdi,yenicə ingilis dilində təhsil almağa başlamışdı) demokratiya,demokratiya deyərək onu uzaqlaşdırmağa çalışdı. Amma təşkilatçı yenəməni oturtmağa cəhd elədi. Mən yenə qalxdım, eyni cümləni təkrar elədim.Bir dəqiqəlik sükut başa çatdı və bu, faktiki olaraq Xocalıya həsrolunmuşdu. Bu erməniləri çox əsəbləşdirmişdi. Onlar özlərini çilovlayabilmədilər, düşdülər bizim üstümüzə. Bizi təpiklə, yumruqla vururdular,biri mənim saçımı dartırdı, biri şillələyirdi. Təsəvvür edin ki, 120-150nəfərin olduğu zalda 30-40 nəfər bizim üstümüzə düşmüşdü. Mən bilmədimki, ordan necə çıxdım. Vüsalın üstünə daha çox düşmüşdülər, çünki omüqavimət göstərirdi. Mən də Vüsala qışqırdım ki, mən çıxıram, sən dəgəl. O fiziki cəhətdən çox hazırlıqlı oğlandı və bu vəziyyətdən çıxabildi. Həmin zalda 3-4 qapı vardı. Biz də çaşıb yenidən həmin zalaqayıtdıq. Yenidən üstümüzə düşdülər. Vüsalı boğmaq istəyirdilər. Mənyenə çıxmağa cəhd edəndə fransız deputat Fransua Roşebluan (FrançoisRochebloine) mənim saçımı dartaraq dedi ki, hara gedirsən, burda qal.Əlbəttə məni nə məqsədlə orda saxlamaq istədiyini bilmirəm. O, bütünkonfrans boyu ermənilərdən daha kəskin nəzərlərlə məni süzür, istehzaedirdi. Mən də fikirləşirdim ki, axı bunda fransız sifəti var, niyə mənəistehzalı nəzərlərlə baxır. Sonradan bildim ki, onun yoldaşı ermənidir.O, zalda mənə qarşı ermənilərdən daha qəddarlıq davranırdı. Mənmüqavimət göstərərək zaldan çıxa bildim. Qarşıda yarı açıq vəziyyətdəqapı gördüm. İçəri girdim, gördüm ki, burada 50-yə yaxın adam var vəiclas gedir. Ordakı siyasi simaları tanıdım. Onları görəndə anladım ki,artıq mənə qarşı təhlükə sovuşub. Gördülər ki, mən nə halda içərigirdim. Həm də Vüsal üçün çox qorxurdum, onu öldürə bilərdilər.Qışqırdım ki, əgər siz müdaxilə etməsəz, ermənilər azərbaycanlı oğlanıöldürəcəklər. Bu cümləni bir neçə dəfə təkrar edəndən sonra orada oturansenator xanım dedi ki, siz öz səfirinizə zəng edin, gəlib sizi burdançıxarsın. Mən səfirə zəng edib telefonuna düşə bilmədim. O, Xocalısərgisinin açılışında idi. Sonra "Azərbaycan evi"nin sədr müavini JaləBabayevaya zəng etdim. O, baş verənlər barədə hər kəsi məlumatlandırdı.Deputat Jan-Lui Borloo artıq Vüsalın da o otağa gətirilməsinə köməketdi. Bundan sonra mühafizə, tibbi yardım, jandarmeriya nümayəndələrigəldilər. Bizi jandarmeriyaya apardılar. Ondan sonra səfir və səfirliyinəməkdaşları gəldi. Burada bizi ilkin müayinədən keçirdilər vəxəstəxanaya apardılar. Vüsal daha ciddi xəsarət almışdı. Təcili yardımonu xərəkdə aparmağa məcbur oldu.
- Bəs siz olayla bağlı hüquq-mühafizə orqanlarına şikayət etdiniz?
- Biz həmin anda polisə zəng etmək istəyirdik. Amma bu mümkün deyildi.Biz müayinədən keçməliydik. Ermənilər zirək tərpənmişdilər, o dəqiqəbizə qarşı şikayət etmişdilər. Biz həm müttəhim, həm də zərərçəkmiş kimidindirilirdik. Bizim şəkillərimizi çəkdilər, ifadəmizi aldılar. Hərhalda demokratiyanın beşiyi sayılan Fransa Parlamentində söz deməkhaqqımız boğulursa və söz dediyimizə görə döyülürüksə, burada bizimgünahımız yoxdur. İki gün sonra bizi döyənlərdən iki nəfəri ayırd edəbildim ki, onlardan da biri deputat Roşebluan, digəri isə FransaParlamentində büro rəhbəri idi. Başqalarını da üzdən tanıya bilərdim.Artıq 3 aydır ki, jandarmeriya istintaq aparır. Üç aydan sonra qərarveriləcək ki, iş məhkəməyə göndəriləcək ya yox. Hal-hazırda nəticənigözləyirik.
- Ermənilər o hadisənin baş verdiyi zaman mediada iddia etmişdilərki, siz Azərbaycan tərəfindən öyrədilmiş təxribatçısınız və təşkilatınızda Fransada ermənilərə qarşı təxribatlar törətmək missiyasını həyatakeçirir. Gerçəkdə "Azərbaycan Evi" Fransada nə işlə məşğuldur?
- Mən 2002-ci ildən Fransada yaşayıram. İlk olaraq, Azərbaycan-Fransagənclər təşkilatını yaratmışıq. Bir neçə il mən o təşkilata rəhbərliketdim. Biz həmin dövrdə tələbə olmağımıza baxmayaraq tədbirlərkeçirməyə, Azərbaycanı tanıtmağa çalışırdıq. 2012-ci ildən "AzərbaycanEvi"nə rəhbərlik edirəm. Biz əsasən mədəni tədbirlər həyata keçiririk.Mən o tədbirə "Azərbaycan Evi"nin rəhbəri kimi deyil, biz azərbaycanlı,bir məcburi köçkün, öz vətənini, torpağını itirmiş insan olaraqgetmişdim. Mən Qubadlı rayonunun Xanlıq kəndindənəm. Uşaqlıqdan buağrını yaşayıram, ürəyimin bir tərəfində o ağrı var və hər zaman daaktivdir. Mən həmişə bu məsələlərlə maraqlanıram. Amma "AzərbaycanEvi"nin məqsədi Azərbaycanı Fransada hərtərəfli tanıtmaq, tarixihəqiqətləri Fransa ictimaiyyətinə çatdırmaqdır. Düşünürük ki, təkcəiqtisadiyyat və siyasətlə deyil, mədəniyyətlə də çox söz demək olar.Əsas məqsədlərimizdən biri də Fransada yaşayan azərbaycanlıları vahidbir struktur ətrafında toplamaq, müxtəlif şəhərlərdə məskunlaşmışazərbaycanlıların təşkilatlanmasına yardımçı olmaqdır. Bizim bir sıralayihələrimiz var. Parisdə yaşayan azərbaycanlıların uşaqları üçünAzərbaycan dili kursları açmışıq. Bu dərslər səfirliyin nəzdindəkimədəniyyət mərkəzində keçirilir. Biz istəyirik ki, uşaqlarvalideynlərinin hardan gəldiklərini, onların mədəniyyətlərini,adət-ənənələrini, dəyərlərini, tarixini, coğrafiyasını öyrənsinlər. Ouşaqlar nə fransız kimi fransız, nə də azərbaycanlı kimi azərbaycanlıolacaqlar. Onlar iki mədəniyyət arasında qalacaqlar. İstərdik ki, buuşaqlara ölkəmiz haqqında az da olsa ilkin məlumatları çatdıra bilək.Bəzən də olur ki, azərbaycanlılar gəlirlər, biz onları yönləndirməyəçalışırıq. Çünki Fransada Azərbaycandan tamamilə fərqli cəmiyyətdir.Bizim aylıq tədbirlərimiz, təşkilatlararası görüşlərimiz də olur. Butəşkilatlara mətbəx dərsləri veririk. Çalışırıq ki, fransızlartərəfindən təşkil olunmuş festivallara, forumlara qatılaq. Konserlərtəşkil edirik. Bu ilin fevralında Fransanın ikinci mədəniyyət mərkəzisayılan Leon şəhərində muğam gecəsi təşkil etmişik. Heydər Əliyev FonduFransanın bir sıra şəhərlərində vacib tədbirlər keçirir. Azərbaycanıntanıdılması üçün belə tədbirlər vacibdir. Biz də çalışırıq ki, Fransanındigər şəhərlərinə də gedib çıxaq və azərbaycanlıların təşkilatlanmasınayardım edək. Digər şəhərlərdə məskunlaşan azərbaycanlılar maraqlıdırlarki, "Azərbaycan Evi"nin qollarını o şəhərlərdə yaratsınlar. Fransızlar20 nəfərdən ibarət 1-i aşbaz, digəri fotoqraf olmaqla on cütlüyüniştirakı ilə konkurs təşkil edirlər. Həmin konkursda 4 xarici, 6 dafransız cütlüklər iştirak edir ki, xarici cütlüklərdən də biriazərbaycanlılardır. Biz belə konkurslara qatılmağa maraq göstəririrk.Çünki bu tədbirlər mətbuatda da yaxşı işıqlandırılır. Özümüz belətədbirlər təşkil edəndə onları mətbuatda işıqlandırmaq çətin olur, çünkiFransa mətbuatına çıxmaq asan deyil. Ona görə də əsasən fransızlarlaəməkdaşlığa çalışırıq. Fransızlarla digər müştərək layihəmiz dəLənkəranda arxeoloji qazıntıların aparılmasıyla bağlıdır. Yüz il bundanəvvəl fransız arxeoloqun Lənkəran bölgəsindən tapıb apardığı əşyalar,hal-hazırda Sen-Jermen an le muzeyində saxlanılır. Yeni tapılanəşyaların da hansı dövrə aid olduğunu təyin edəcəklər. Eyni zamandaqazıntılar nəticəsində tapılacaq əşyalar 2015-ci ildə böyük bir sərgidənümayiş etdiriləcək. Bu da bizim üçün vacib layihələrdən biridir.Ümumiyyətlə layihələrimiz çoxdur.
- Fransadakı diaspor təşkilatlarımızın vəziyyəti sizcə nə yerdədir?
- Fransada qeyri-rəsmi rəqəmlərə görə 7-8 min azərbaycanlı yaşayır. Ammadiaspor kimi təşkilatlanma çox zəifdir. Pərakəndəlik olduğu üçüntədbirlərimiz olanda insanlara xəbər vermək, onları tədbirə gətirməkçətin olur. Ona görə də Azərbaycanla, Xocalı ilə bağlı tədbirlərdə70-80, ən yaxşı halda 100 nəfər iştirak edə bilir. İnsanlarbir-birilərini tanımasalar, onların təşkilatlanması da, tədbirlərə cəlbolunması da çətin olacaq. Buna görə də təşkilatlanma məsələsi çoxvacibdir. Azərbaycanlıların çox məskunlaşdıqları regionlara səfərlərnəzərdə tutulub. Təəssüf ki, bizim bu işləri görməyə maddi vəsaitlərimizçatmır. "Azərbaycan Evi"ndə çalışan insanlar təmənnasız olaraqçalışırlar. Ümid edirik ki, bu problemlər tezliklə çözüləcək.
- Azərbaycanda Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə DövlətKomitəsi fəaliyyət göstərir. Bu Komitəyə dövlət büdcəsində vəsaitlərayrılır ki, xaricdə diaspor təşkilatlarının yaranmasına, fəaliyyətinəyardım etsin. Bəzən şikayətlər eşidirik ki, bu vəsaitlər aidiyyatı üzrəxərclənmir. Siz Komitə ilə işinizi necə qurursunuz?
- Biz Komitə ilə işləyirik. Əlbəttə ki, tək biz deyilik, dünyada çoxludiaspor təşkilatları var. Komitə hər bir təşkilatla işləməyə çalışır.Amma bu mütəmadi olmalıdır. Bizə Komitənin dəstəyi bir layihəçərçivəsində olub. Təbii ki, bu proses ardıcıl olmasa, biz istədiyimiznəticəni əldə edə bilmərik. Düşünürük ki, bu işlər professionalsəviyyədə aparılmalıdır. Həvəskar formada çox çətindir. Erməniləringüclü diaspor təşkilatları var. Bizi onlarla müqayisə etmək düzgündeyil. Azərbaycan gənc dövlətdir, bizim diaspor təşkilatlarımız xaricdəyeni yaranır. Dövlətin dəstəyi ilə yanaşı iş adamlarının da bu prosesəcəlb edilməsi yaxşı olardı, bizim işləmək imkanlarımız genişlənərdi. Mənuniversitet təhsilim Avropada mədəniyyətin planlaşdırılması üzrə olub.Mən Avropaşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə təhsilalmışam. Bu iş birbaşa mənim professiyamla bağlıdır. Düşünürəm ki,ermənilər bizdən ağıllı deyillər. Biz onlara onların texnologiyalarındanistifadə edərək qalib gələ bilmərik. Amma maddi dəstək olsa, buməsələləri ermənilərdən daha peşəkar səviyyədə təşkil edə bilərik.
- Azərbaycanda deyirlər ki, Fransa ermənipərəst mövqe nümayiş etdirir.Bunun da səbəbi erməni lobbilərinin fəaliyyətidir. Biz indidən sonrafransızların mövqeyini dəyişə bilmərik. Sizcə fransızların Azərbaycanlabağlı mövqeyini dəyişmək mümkünmü və əgər mümkündürsə, necə?
- Əgər bu mümkün olacaqsa, uzun illərin işi olacaq. Çünki bu işlər birgünə olmur. Ermənilərin bu istiqamətdə qazandığı uğurlar illərinzəhmətinin bəhrəsidir. Biz də yavaş-yavaş buna nail ola bilərik. Ammagərək bu məsələlər üzərində sürətlə işləyək. Biz mehriban, qonaqpərvərmillətik, fransızlarla münasibətlərimiz normaldır. Sadəcə zaman, sürət,iradə və maddi dəstək lazımdır.
Qaynar.info