Xəbər lenti

"GİLAN"-ın sürücüsü qadını vurub qaçıb
Ölkə11:58 15.04.2014

"GİLAN"-ın sürücüsü qadını vurub qaçıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yasamal RPİ, “Semaşko” xəstəxanası və həkim-ekspert məsuliyyətdən qaçır... 

Yasamal rayonu, Rahib Tağıyev küçəsi, 20 a ünvanında yaşayan Abzərova Fəridə Borçəli qızı Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az ) müraciət edib. 

Müraciətdə deyilir: 

“08 yanvar 2014-cü il tarixdə səhər saat 07:55 radələrində azyaşlı qızlarımı məktəbə apararkən, Şərifzadə (100) küçəsində yerləşən “SAF SU” su doldurma məntəqəsinin qarşısından keçərkən qara rəngli HUNDAY SONATA markalı 30 -AK -740 dövlət nömrə nişanlı avtomobil ( GİLAN HOLDİNQ-ə məxsus ) qəflətən məni vurub 7 metr qabağa ataraq irəlidə dayanan FORD markalı maşına çırpdı. Hadisə yerinə təcili yardım maşını çağrıldı və məni “Semaşko xəstxanası”na beyin-kəllə travması diaqnozu ilə qəbul etdilər. Məni xəstəxanada bircə gün saxlayıb sonra çox ağır vəziyyətdə evə yola saldılar. Məni vuran sürücü Vasif Kamal oğlu Babayev dəfələrlə xahiş etdi ki, şikayət etməyim və mənim müalicəmə kömək edəcək. Amma çox təəssüf ki, o dediyi sözdən qaçdı. Məcbur olub özüm müalicəmlə məşğul oldum.

Mən xəstəxanada olarkən Yasamal RPİ-nin ( 28 saylı PB-nin ) təhqiqatçısı Akif Əliyev məndən izahat alıb getdi və bir daha mənimlə maraqlanmadı. Mənim xəbərim olmadan bu işi bağladılar. Mən 4 uşaq anasıyam, hazırda səhhətim imkan vermir ki, uşaqlarımı məktəbə aparıb gətirim, onlara qulluq edim. Bu barədə dəfələrlə sürücü Asif Babayevə müraciət edəndən sonra o bizə sığorta haqqında (“AZSIĞORTA”ASC) bir ərizə təqdim elədi və bizi inandırdı ki, bunu imzalasan sənə müalicə üçün 5000 manat pul verəcəm. Mən də ona inanıb ərizəni imzaladım. Amma indiyədək nə özü gəlib, nə də 1 manat pul göndərib ki, müalicəmi davam etdirim. Mən hazırda ağrılardan əziyyət çəkirəm, iflic vəziyyətindəyəm”.

Şikayətçi sonra əlavə edir ki, “Semaşko xəstəxanası”nda işləyən Muxtar həkim sürücüdən yaxşı pul alaraq mənə bir ağrıkəsici iynə vurub, məni xərəkdə evə yola saldı. Şikayətçi onu da qeyd edir ki, baş verən hadisəni ATV OLAY verilişi lentə alıb. 

Ən biabırçı hal odur ki, Yasamal məhkəmə-tibb ekspertizanın həkimi Namiq Məmmədov ağır vəziyyətdə olan qadına heç bir baxış keçirməyib. 

Namiq Məmmədova telefon açıb ( 4-31-40-18 ) məsələ ilə maraqlansaq da heç bir konkret cavab almadıq. Namiq həkim dedi ki, məsələni öyrənib sabah zəng edəcəm. Məcbur olub sabah yenidən telefon açdıq. Bu dəfə katibə xeyli məsləhətləşmədən sonra bildirdi ki, doxtur Baş İdarəyə gedib.

Şikayətdə adı keçən Muxtar həkimlə də telefon əlaqəsi saxladıq. Həkim isə bildirdi ki, qoy hara istəyir şikayət eləsin. 

Qaynar.info