Xəbər lenti

"Gülənlə Ərdoğanın tapşırığı ilə görüşmüşəm" - Davudoğlu
Ölkə12:43 12.01.2017

"Gülənlə Ərdoğanın tapşırığı ilə görüşmüşəm" - Davudoğlu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu bildirib ki, o, 2013-cü ildə FETÖ lideri Fəttüllah Gülənlə hazırki prezident Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən görüşüb.

Türkiyə mətbuatı xəbər verir ki, bunu keçmiş baş nazir haqqında səslənən FETÖ iddialarına aydınlıq gətirərkən deyib.

“2013-cü ildə BMT-nin Baş Assambleyasına gedərkən Rəcəb Tayyib Ərdoğanla Gülənin Türkiyəyə gətirilərək bizim nəzarətimiz altında olması qənaetinə gəlmişdik. Baş nazirin göstərişinə əsasən 2013-cü ilin sentyabr ayında Gülənlə görüşdüm. Bu görüş mənim şəxsi mənafeyimə bağlı deyildi”,-deyə Davudoğlu bildirib.

Ə.Davudoğlu, həmçinin 2015-ci ilin noyabrın 24-də Rusiya təyyarəsini vuran pilotun FETÖ üzvü olmadığını qeyd edib. 

“Baş qərargah rəisi ilə görüşdə pilotun keçmişinin və əlaqələrinin araşdırıldığı, onun təşkilatla əlaqəsinə dair heç bir fakta rast gəlinmədiyi bildirilib”.(azvision.az )

Qaynarinfo.Az