Xəbər lenti

"Haffington Post" Leyla Əliyevadan yazdı
Ölkə17:45 18.07.2014

"Haffington Post" Leyla Əliyevadan yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Leyla Əliyeva bizi ətraf mühiti qorumaq istiqamətində səylərimizi artırmağa çağırdı”. 

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın “American Prairie Reserve” qoruğunun prezidenti Şon Gerriti ətraf mühitin qorunması ilə bağlı “Haffington Post” qəzetində dərc etdirdiyi məqaləsində yazıb.

Bu ilin mayında Bakıda vəhşi təbiətlə bağlı keçirilən konfransda iştirak etdiyini yazan Şon Gerriti həmin tədbirə İDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın dəvəti ilə qatıldığını bildirib. Ş.Gerriti yazır: “Leyla Əliyeva açılış nitqində bizi ətraf mühiti qorumaq istiqamətində səylərimizi artırmağa çağırdı. Bu gün Azərbaycan ətraf mühitin qorunması istiqamətində böyük səylər göstərir. Leyla Əliyevanın əsas hədəfi Qafqaz regionunda vəhşi təbiətə önəm verən yeni ətraf mühit qoruyucuları qrupu yaratmaqdır. O inanır ki, bunu etməyin başlıca yolu mühafizə olunan ərazilər yaratmaq və bu işə gənc nəsli cəlb etməkdir”.

Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:

http://www.huffingtonpost.com/sean-gerrity/think-big-act-now-for-nat_b_5592870.html