
Keçmiş "vicdan məhbusu" Ömər Məmmədov N!DA Vətəndaş Hərəkatından ayrılıb.
Qaynarinfo.az xəbər verir ki, bu barədə məlumatı Ömər Məmmədovun özü yayıb.
Ömər Məmmədov bildirib ki, N!DA Vətəndaş Hərəkatından ayrıldığımı bəyan edirəm:"Həyasızlarla bir təşkilatda ola bilmərəm".
Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulmuşdu.
İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ömər Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Amnesty İnternational onun həbsini siyasi və aktiv fəaliyyətinə görə olduğunu bildirirdi.
Ömər Məmmədov prezident İlham Əliyevin 2016-ci ilin mart ayının 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa çıxmışdı.
Xatırladaq ki, Ömər Məmmədovdan öncə N!DA Vətəndaş Hərəkatının daha bir tanınmış üzvü Ülviyyə Əli də hərəkatdan ayrıldığını bildirmişdi.
Qaynarinfo.az