Xəbər lenti

"Həzrət Əli" kitabı çap olundu
Ölkə09:45 21.11.2013

"Həzrət Əli" kitabı çap olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynar.info-nun verdiyi xəbərə görə, "Qanun" nəşriyyatında Həzrət Əlinin həyatı, tapındığı inanc və apardığı mübarizələrdən söhbət açan "Həzrət Əli" adlı kitab çap olunub. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

İmam Əlinin keçdiyi həyat yolu ilə maraqlananlar, ibrətamiz nəsihətlərinin vurğunu olanlar, qəhrəmanlığını örnək sayanlar kitabda istədiklərini tapacaqlar.

“Möminlərin Rəhbəri” və “Müsəlmanların ən böyük Öndəri”nin müdrik sözlərinin bir hissəsini və apardığı döyüşləri əhatə edən kitab imamın cəsarət, qəhrəmanlıq, elm və fəziləti ilə İslam dininə göstərdiyi xidmətlərdən bəhs edir.

Kitabın birinci hissəsi ədəbi və akademik araşdırma, döyüşlərdən ibarət ikinci hissəsi isə tarixi roman janrındadır.

Qaynar.info