Xəbər lenti

"İbrahimoviçsiz İsveç əvvəlki komanda deyil" - Didye Deşam
İdman08:38 11.11.2016

"İbrahimoviçsiz İsveç əvvəlki komanda deyil" - Didye Deşam

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in seçmə mərhələsində İsveçə qarşı keçirəcəkləri oyundan danışıb. 

Qaynarinfo.Az xəbər verir ki, fransız mütəxəssis dünən keçirdiyi mətbuat konfransında Zlatan İbrahimoviçin gedişindən sonra İsveç yığmasının əvvəlki komanda olmadığını qeyd edib:

“İbrahimoviçsiz İsveç əvvəlki komanda deyil. Hamı İbranın meydandakı rolunu bilirdi. O meydanda olarkən hər şey fərqli idi. Bütün komanda Zlatana güvənirdi. Düzdür, indi də İsveç yığmasının hücum xəttində təhlükəli futbolçular var. Lakin hesab edirəm ki, əvvəlki İsveç millisi daha güclü komanda idi”.

Qeyd edək ki, Fransa - İsveç oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qaynarinfo.Az