Xəbər lenti

"İcra başçısının orada obyektləri yoxdur"
Ölkə09:00 13.03.2013

"İcra başçısının orada obyektləri yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün öncə mətbuatda Xaçmaz Rayon icra başçısı Şəmsəddin Xanbabayevin obyektlərini satışa çıxarması ilə bağlı xəbərlər yer almışdı. 

Məlumatlarda bildirilirdi ki, Ş.Xanbabayevin hazır ticarət obyektələri və yarımçıq tikililəri satışa çıxarılıb. Satışa çıxarılan obyektlər Xaçmazda, Xudatda, həmçinin Nabran yolunun üzərində yerləşir. Obyektlərin təcili satılmasının səbəbi kimi icra başçısının tezliklə vəzifəsini itirəcəyi göstərilir.


Məsələ ilə bağlı Xaçmaz Rayon icra başçısının birinci müavini Akif Mərdanovla əlaqə saxladıq.

A.Mərdanov Qaynar.info-ya açıqlamasında yayılan xəbərlərin həqiqətəuyğun olmadığını bildirdi. Onun sözlərinə görə, Şəmsəddin Xanbabayevin orada obyektləri yoxdur: “Yayılan xəbərlər doğru deyil. Şəmsəddin müəllimin, ümumiyyətlə, orada obyektləri yoxdur”.

A.Mərdanov icra başçısının vəzifəsindən azad olunacağı ilə bağlı yazılanlara da münasibət bildirib: “Şəmsəddin müəllimi prezident bu vəzifəyə təyin edib. Ölkə başçısı lazım bildiyi təqdirdə vəzifəsindən azad edəcək. Ümumilikdə isə rayonda vəziyyət tam normaldır”.


İlkin
Qaynar.info