Xəbər lenti

"İntiqam Əliyev ayı" çərçivəsində yazı müsabiqəsi başladı - I yazı
Ölkə09:56 17.11.2014

"İntiqam Əliyev ayı" çərçivəsində yazı müsabiqəsi başladı - I yazı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

125-lər Siyasi Klubu "İntiqam Əliyev ayı" çərçivəsində jurnalistlər  üçün məqalə müsabiqəsi elan edib.
Müsabiqəyə noyabrın 5-dən start verilib.

Məqalələr moyabrın 23-nə kimi qəbul ediləcək və növbəti mərhələdə münsiflər heyəti onları qiymətləndirəcək. Aşağıdakı elanda müsabiqənin bütün detalları ilə tanış olmaq mümkündür.

İlk yazı, 125-lər Siyasi Klubunun sədri İlhamiyyə Rzanın yazısıdır. Yazı müsabiqədə qiymətləndirilmək üçün deyil, mövzuya dəstək olaraq təqdim olunub
 
“125-lər Siyasi Klubu” Azərbaycanda insan hüquqları səhəsində mövcud vəziyyət və hüquq müdafiə fəaliyyəti ilə bağlı  məqalə müsabiqəsi keçirir.
Bu mövzuda  KİV-lərdə çap olunmuş ən yaxşı məqaləyə görə qaliblər üçün aşağıdakı pul mükafatları nəzərdə tutulub:
 
I yer üçün – 250 manat
II yer üçün – 200 manat
III yer üçün – 150 manat

 
Materiallar  Azərbaycan və  rus dillərində təqdim oluna bilər.
Müsabiqənin nəticələri  görkəmli hüquq müdafiəçisi İntiqam Əliyevin ad günü  30 noyabr 2014-cü il tarixində  elan ediləcək.

Müsabiqədə iştirak etmək istəyənlər bu mövzuda çap olunmuş məqalələrini 23 noyabr 2014-cu il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.
 
 Əlavə məlumat üçün:
Tel: (012-994) 496-65-48
Mobil: (055) 321-02-04
 
Qeyd: Hər müəllif yalnız bir yazı  təqdim edə bilər.   Yazı dərc edilərkən: "Bu yazı insan haqları müdafiəçisi İntiqam Əliyevə həsr edilmiş müsabiqə üçündür" qeydi olmalıdır.

***

Müsabiqə çərçivəsində ilk yazı olaraq İlhamiyyə Rzanın özünün yazısını təqdim edirik.

***

Oğruya ogru deyəndə heç inanmırıq, qalsın ki, doğruya ogru deyəndə...

Qələmi “yadıma salan” məqamları çox sevirəm, demişdim.  Niyə dəsevməyim ki? Məni yazı-pozuya qaytaran, içimdə sönməz bir yanğıylaqələmə sarılmağa  məcbur edən, qısası yazmamağın mümkün olmadığıməqamları sevməmək olmaz ki...
İndi də yazmaq üçün əlim klaviaturaya yaxınlaşır. Amma bu dəfə yazacağım mövzunu sevmədiyimi dərk edirəm...
Mövzum İntiqam Əliyevin həbs edilməsidir... 
İntiqam müəllim mənim sadəcə mövzum deyil, o mənim dostumdur, ənçətin məqamlarda “İntiqam müəllim var” deyib ürəkləndiyim birisidir... Həmişə fikirləşmişəm ki, hüquqla bağlı nə problemim olsa birinci onadeyəcəm və o məni müdafiə edəcək... mütləq, təmənnasız, fədakarlıqla,mənim problemimi özününkü hesab edərək... mənimlə kövrəlib,qayğılanaraq.İndi təsəvvür edin, belə bir insanın dəmir barmaqlıqlar arxasındaolması nə deməkdir. Həm də tək mənimçün deyil, onu sevən, güvənən, həttao qədər də yaxın olmayan, sadəcə bir az yaxından tanıyan bir çoxlarıüçün... Lap mənim anam kimi... bir dəfə təsadüfən anamla tanış etmişdimonu. Hardansa tədbirdən gəlirdik, yolda anamı bizdən götürüb öz evlərinəapardı İntiqam müəllim maşınla. Yolda nə söhbət etmişdilərsə, mənim həradamı bəyənməyən anam, valeh olmuşdu rəsmən... Axırda anamı sorğu-sualetdim və məlum oldu ki, anama “İlhamiyyə kimi bir qız böyütdüyünüzçünçox sag olun” deyibmiş... Bir ananı mutlu etməkçün bundan artıq nə deməkolar ki? İntiqam müəllimin ümumiyyətlə missiyasımı, niyyətimi deyim, azqala bütün insanları mutlu edə bilməsə də, mutlu görməkdir... İndi beləbir adamı sevməyən, fəaliyyətini zərərli görənlərində olması mənimçünbir sirri xudadır...
Yadımdadır, bir dəfə özü bir müsahibəsində etiraf etmişdi ki,işlərin əksəriyyətini uduzur. Amma səbəb vəkilin səriştəsizliyi deyiləlbəttə... Qanun və hüququn aliliyinin təmin olunmadığı yerdə başqa nəcür ola bilər ki? Əksinə olması təəccübləndirərdi məni. Əksinə olması...vəkilin nədəsə kompromisə getməsi demək olardı. Bəli, dostlarının sondərəcə kövrək bir insan kimi tanıdığı İntiqam Əliyev kompromisə getməyənsərt bir qayadır. İndi kimlərinsə yolunda dayanıb, qarşısınıkəsdiyindən baş verir bu olaylar...
Nə baş verir?
Ölkədə qərarverən, hökm oxuyan, rəy yaradan institutlarınəksəriyyəti nüfuzdan düşüb. Oğruya ogru hökmü çıxardanda belə inanmırıq,qalsın ki, doğruya ogru deyəndə...
“Əlahəzrət fakt” ifadəsi köhnəlib. Cəmiyyətə fakt, informasiya,məlumat kimi ötürülən, yayılan, sızdırılanlar birmənalı qarşılanmır,mütləq şərh edilir, şübhə və inamsızlıqla qəbul olunur. Yaxudümumiyyətlə qəbul olunmur. Xəbər yayılan kimi  də təksizb olunur.
Bir sözlə, total güvənsizlik və inamsızlıq,dezinformasiya mühitində yaşayırıq.
Kimin kim olduğu, məsələlərin, hadisələrin gerçək səbəb vənəticələri barədə qərar vermək yalnız və yalnız öz  öhdəmizə düşür. Buzaman biz, gözlərimizlə gördüklərimizə (bizə göstərilənlərə deyil),qulağımızla eşitdiklərimizə əsaslanaraq, öz kəndi beynimizlə,düşüncələrimizlə və mütləq ürəyimizi- dinləniləcək yeganə şeyi-dinləyərək qərar verməliyik. Bu qədər mürəkkəb və bu qədər sadə yəni...
Deməli, İntiqam müəllimin bir vəkil kimi hazırladığı 40- a yaxınşikayət işinə Avropa Məhkəməsi baxır hazırda və bu şikayətlər əsasındadövlətlə kommunikasiya başlayıb artıq. Bu, şikayətlərin qəbul edilməsivə ədalətlə hökm verilməsi anlamına gəlir. O demək ki, yerliməhkəmələrdə “uduzan”vəkil, Avropa Məhkəməsində qalib gələ bilər.
... və neçə gündür İntiqam Əliyev həbsdədir. İstintaq gedir,ittiham var, mülahizələr səslənir, etirazlar bildirilir və s və ilaxırbu kimi reaksiyalar gəlir hadisəyə... Cəmiyyət bir orqanizmdir, reaksiyaverirsə, ölməyib demək. Amma xəstə olması bəllidir və bu xəstəninhəkimi də yoxdur, yaxud səriştəsiz və vicdansızdır. Doğru dürüst,inandırıcı  diqanoz da qoya bilmir...
Bu yerdə, məşhur bir məsəl yadıma düşür, “boğulanın xilası eləboğulanın öz əllərindədir”. Yəni, “həkimdən” əlac gözləmədən, panikanıqoyub bir kənara əllərimizlə avar çəkməliyik  ki, boğulmayaq. Həm dəsakitləşib, özümüzü ələ alıb, təmkinlə edək bunu... Çətindir...ammamümkündür.
İntiqam Əliyevi şəxsən tanıyanlara üzümü tutub soruşmaqistəyirəm: əgər məhkəmə qərar versə ki, adamcinayətkardır,inanacaqsınız? Lap sənədlər, dəlillər, faktlar masanınüstünə qoyulsa, inanacaqsınız buna?
Sözümün canı odur ki, insan faktoru deyilən bir şey var... eləinsanlar var ki, bütün obyektiv (?) ittihamlardan belə yüksəkdə dayanabilirlər. Belələri azdır. Amma var!
İntiqam Əliyev belə adamdır. Onun günahkar olduğuna məni heç nəinandıra bilməz. Gəlin özümüz hökm verək. Öz gözümüzlə gördüyümzə,qulağımızla eşitdiyimizə, ürəyimizlə hiss etdiyimizə əsaslanıb da onungünahsız olduğu barədə qərar verək. Çünki, bunu edəcək başqa kimsə artıqyox...