Xəbər lenti

"İphone 7" 1,3 milyon dollara satışa çıxarılacaq
Ölkə07:34 03.08.2016

"İphone 7" 1,3 milyon dollara satışa çıxarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İphone 7" 1,3 milyon dollara satışa çıxarılacaq. 

Amerikanın "Brikk" şirkəti sentyabr ayının əvvəlində təqdim olunacaq "İPhone 7" telefonlarının ilk sifarşini verib. 

Qaynarinfo.Az xarici mediayaya istinadən xəbər verir ki, dəyərli metal və daş-qaşlarla bəzədilmiş "İPhone 7" 1.3 milyon dollara satılacaq. 

Yeni model telefonların bəzədilmədində 24 karatlıq sarı qızıl, 18 karatlıq çəhrayı qızıl və 950 əyarlıq platindən istifadə olunacaq.

Məlumatda həmçinin bildirilir ki, "Brikk" şirkəti qiyməti daha aşağı olan telefonları da satışa çıxaracaq. 

Belə ki, şirkət təqdim edəcəyi "İPhone 7" versiyalarından qiymət etibarı ilə ən əlverişliləri 4.295 dollardan  başlayacaq. Həmin modellər sarı, çəhrayı qızıl və brilliantlarla bəzədilmiş 10 fərqli rəngdə korpusa sahib olacaqlar. 

"İPhone 7"-nin lüks versiyaları oktyabr ayında satışa çıxacaq.

Qaynarinfo.Az