Bu gün Şəki rayon Məhkəməsində "İsmayıllı işi" üzrə mühakimə olunan şəxslərin, o cümlədən Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun və "Real" təşkilatının sədri İlqar Məmmədovun məhkəməsi başlayıb.
Əməkdaşımızın verdiyi xəbərə görə, şübhəli şəxs qismində saxlanılan və mühakimə olunan şəxslərin yaxınları məhkəmə binasının önünə toplaşıblar.
Xatırladaq ki, müttəhimlər ötən ilin 23 yanvarında İsmayıllıda yanğınla müşayiət olunan iğtişaşın törədilməsində təqsirləndirilirlər.