Xəbər lenti

"Jasmine"də əxlaqsızlıq yuvası
Ölkə10:28 19.11.2013

"Jasmine"də əxlaqsızlıq yuvası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nərimanov rayonundakı "Jasmine" hotelində əxlaqsızlıq yuvası saxlanması müəyyən edilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə Nərimanov rayonundakı "Jasmine" hotelində əxlaqsızlıq yuvası saxlanması barədə məlumat daxil olub.

Faktla bağlı aparılan araşdırma zamanı daxil olan məlumatlar təsdiqini tapıb. İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "Jasmine" hotelində oranın işçisi, Bakı şəhər sakini Kənan Paşayevin əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib və o saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qaynar.info