Xəbər lenti

"Kainat" ən yüksək bal toplayan tələbəyə bir maşının pulunu verdi - FOTOLAR
Ölkə12:08 14.03.2016

"Kainat" ən yüksək bal toplayan tələbəyə bir maşının pulunu verdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Kainat Hazırlıq Mərkəzi" yüksək nəticələr göstərən tələbələri ilə bağlı tədbir keçirib. Bu barədə məlumatı Qaynar.info-ya “Kainat Hazırlıq Mərkəzi”nin əməkdaşı Afaq Hüseynova verib.

Afaq Hüseynovanın sözlərin görə, tədbirin məqsədi 2015-2016-cı ildə magistraturaya qəbul imtahanında kurs tələbələrinin göstərdikləri yüksək nəticələrdir: "Bizim iki tələbəmiz respublika üzrə ən yüksək nəticəni əldə etdi. Bunlar 96 bal toplayan Tural İsmayılzadə və 94 bal yığan Xeyransa Əliyevadır. Tural İsmayılzadə birinci yerə, Xeyransə Əliyeva isə ikinci yerə çıxdı. Bundan başqa kursumuzda hazırlaşan digər tələbələr də yüksək nəticələr əldə edib. Buna görə də yüksək nəticə əldə edən tələbələrimizlə görüşüb, onları bu uğurlu nəticəyə görə təbrik etdik və hədiyyələrlə təltif etdik".

Afaq Hüseynovanınm sözlərinə görə, “Kainat Hazırlıq Mərkəzi”nin rəhbərliyi yüksək nəticə göstərən tələbəyə maşın hədiyyə ediləcəyi ilə bağlı söz verib: "Lakin tələbənin öz xahişinə görə, biz avtomobil deyil, həmin avtomobilin pulunu ona ödədik. Həmin tələbə xaricdə təhsil alacağını dedi. Biz də bununla razılaşdıq. Bundan başqa ikinci yer tutan xanım tələbəmizə 1000 manat, 90 baldan yuxarı bal toplayan tələbələrin hər birinə 200 manat və qiymətli hədiyyələr verdik. 80 baldan yuxarı nəticə göstərmiş tələbələrin hər birinə isə qiymətli hədiyyələr təqdim olundu".

Afaq Hüseynova son olaraq bildirdi ki, bu cür həvəsləndirici tədbirlərin təşkil olunmasının məqsədi gənclərin təhsilə olan həvəsini daha da artırmaq və onların gələcəkdə daha yüksək nəticə göstərməsinə nail olmaqdır.

Qafqaz Ocaqverdiyev

Qaynar.info