Xəbər lenti

"Kainat"ın ən yüksək bal toplayan tələbəsi - FOTOLAR
Ölkə10:34 12.03.2016

"Kainat"ın ən yüksək bal toplayan tələbəsi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanlarında ən yüksəsk bal toplamış Dövlət İdarəçilik Akademiyasının məzunu Tural İsmayılzadə (96 bal) Qaynar.info-ya danışıb. 

O, bu cür yüksək uğuru əldə etməsinin sirlərini və magistraturaya hazırlaşan tələbələrlə şəxsi təcrübəsini bölüşüb.

Tural İsmayılzadə qeyd edir ki, uğurlu nəticə əldə etmək üçün inamla çalışmaq və özünə hədəf müəyyən etməkdir: "Öncə qeyd edim ki , çox çalışmaq və inam bu uğurun əssas hissəsini təşkil edir. Özünə hədəf seçməlisən və o hədəfə çatmaq üçün əlindən gələn hər şeyi etməlisən. Gündə bir neçə saat çalışıb hazırlaşmaq lazımdır. Düzü mən vaxt mencmenti ilə bağlı problemi olan adamam. Heç vaxt elə bir cədvəlim olmayıb ki, bu gün bu qədər oxuyacam. Ona görə də, konkret saat deyə bilmərəm. Amma çalışmışam ki, hər gün məşğul olum".

Tural İsmayılzadə həmçinin bildirir ki, uğurlu olmağın, yüksək nəticə göstərməyin əsas səbəblərindən biri də düzgün kursları seçməkdir: "Birinci olmağımın əsas səbəbkarı “Kainat Hazırlıq Mərkəzi” oldu. Bu hazırlıq mərkəzinin digərlərindən fərqi tələbələrinin birinciliyi üçün çalışmalarıdır. Hazırlıqla bağlı materiallar, müəllimlərin savadlı olması və tələbələrə olan səmimiyyət "Kainat"ın üstünlüyüdür. Kollektiv tələbələrə elə münasibət göstərir ki, sən həftədə üç dəfə kursa getməlisən, amma bütün həftəni orda keçirmək istəyirsən. Biz "Kainat Hazırlıq Mərkəzi”də imtahana kimi 25 sınaq imtahanında olmuşduq. Bu çox yüksək göstəricidir. Əlavə olaraq da sınaqlarda iştirak etmək, imtahan zamanı yarana biləcək stressi aradan götürür. İmtahan zamanı elə bilirdim ki, adi sınaq imtahanına gedirəm. Bu dərəcədə bizi yüksək hazırlamışdılar".

Tural İsmayılzadə son olaraq, magistraturaya hazırlaşan tələbələrə də bəzi məsləhətlər verdi: "İlk növbədə hazırlıqları son bir aya saxlamasınlar. Bir çox tələbə deyir ki, imtahanlara bir ay qalmış hazırlaşacam. Əlbətdə bir aya da hazırlaşıb qəbul olmaq olar. Amma yüksək nəticə istəyirlərsə, daha əvvəldən hazırlaşmaq və doğru yerdə bunu başlamaq lazımdır". 

Qaynar.info