
Bildiyimiz kimi, "Karvan"da baş verən yanğından sonra ticarət mərkəzinin müxtəlif hissələrində bəzi söküntü və kosmetik bərpa işləri aparılır.
Az öncə "Xəbərlə"yə daxil olan məlumata görə, "Karvan"da bədbəxt hadisə baş verib. Belə ki, əksər hissəsi yanmış ticarət mərkəzində söküntü işləri aparılarkən "Karvan"ın bir hissəsində uçqun baş verib və bir nəfər dünyasını dəyişib, bir neçə nəfərin isə xəsarət aldığı söylənilir. Nəzərinizə çatdıraq ki, hazırda orada işləyən fəhlələr təhlükəsizlik şərtlərinə əməl etmədən çalışırlar, yəni əyinlərində təhlükəsizlik üçün geyim dəstləri yoxdur.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz baş tutmadı...
Qaynar.info