Xəbər lenti

"Köhnə avtomobillər Bakıya buraxılmayacaq"
Ölkə17:44 13.01.2014

"Köhnə avtomobillər Bakıya buraxılmayacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS PRESS TV-nin bugünkü qonağı nəqliyyat üzrə ekspert, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Sülhəddin Gözəlov olub. Söhbət Azərbaycanda, xüsusilə də Bakıda havanın korlanmasında avtomobillərind rolunu əhatə edib. Ekspertin sözlərinə görə, hazırda Bakıda havanın korlanmasının 70 faizi avtmobillərin payına düşür. Avtomobillər Bakıda havaya hər il 1 milyon tona yaxın tullantı atır. 

Sülhəddin Gözəlovun sözlərinə görə, buna səbəb avtomobillərin köhnə olmasıdır və ölkədə avtomobillərin yarıdan çoxu “Avro-2” standartlarına uyğun gəlmir. Halbuki, dövlət başçısı avtmobillərin “Avro – 3” standartına keçməsinə çağırıb. Sülhəddin Gözəlovun sözlərinə görə, vəziyyətdən çıxış üçün müxtəlif yollar aranır və ilkin addım kimi istehsal tarixi daha köhnə avtombillərin paytaxt Bakıya buraxılmaması barədə müzakirələr aparılır.

Qaunar.info