Xəbər lenti

"Lənkəran xanının vəziri" Stokholma gedir
Ölkə06:46 24.05.2013

"Lənkəran xanının vəziri" Stokholma gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi mayın 26-dan 29-dək İsveçin paytaxtı Stokholm şəhərində qastrol səfərində olacaq

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, səfər Azərbaycanın İsveçdəki səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilir.

Teatr mayın 27-də Stokholmda yerləşən Södra Teatrının binasında milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin pyesi əsasında Vaqif İbrahimoğlunun quruluş verdiyi “Lənkəran xanının vəziri” tamaşasını nümayiş etdirəcəkdir.

Tamaşanın quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Siyavuş Kərimidir. Əsas rolları Xalq Artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, İlahə Həsənova, Aslan Şirinov və başqaları canlandırırlar.

Qaynar.info