Xəbər lenti

"Ölkəmizi tanıyaq": Bakıdan cənuba doğru - FOTOLAR
Ölkə08:43 14.11.2014

"Ölkəmizi tanıyaq": Bakıdan cənuba doğru - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


Səbailli yeniyetmələrin daha bir qrupu cənub bölgəsinə yola düşmüşdür

Yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyasının ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Səbail rayonundan olan daha 45 nəfər məktəblinin Lənkəran, Masallı və Lerik rayonlarına yola salınması mərasimi keçirilib.

«Sahil bağı»nda təşkil olunan mərasimdə rayon rəhbərliyi, aksiya iştirakçısı olan məktəblilər,  onların valideynləri və təhsil aldıqları məktəblərin direktorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova şagirdlərə turun məqsədi barədə məlumat verib.

Bildirilib, iştirakçılar rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər arasından seçiliblər.

Bu tur-aksiya sərçivəsində bir neçə gün əvvəl rayon məktəblilərinin 45 nəfərlik qrupu Lənkəran, Masallı və Lerik rayonlarında olmuş, bu rayonların görməli yerlərini gəzmiş, tarixi abidələri ilə tanış olmuşlar.  Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxıb. İştirakçıların bir çoxu ölkəmizin cənub bölgəsində ilk dəfə idi ki, olundular və onlar evlərinə  çox böyük təəssüratlarla qayıtmışlar. Tur müddətində təşkilatçılar tərəfindən yeniyetmələr üçün hər cür şarait yaradılıb. 

Sonra Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yeniyetmələr yola salınıb.

Turun planına uyğun olaraq yola salınan yeniyetmələr ilk olaraq YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olunmuş Qobustan Milli Tarix-Bədii Qoruğuna və Şirvan Milli Parkına ekskursiya edəcək və daha sonra Masallı şəhərinə gedəcəklər.

Qaynar.info