"Mado" restoranlar şəbəkəsi bir qrup daimi müştərisi üçün Avropanın gözəl turizm ölkələrindən biri olan Monteneqroya təşkil etdiyi səyahət davam edir.
Səyahətin ikinci günündə də "Mado"nun müştəriləri üçün zəngin istirahət qrafiki tərtib ediib.
Onların Porto Monteqroya və tarixi məkanlara gəzinti turu təşkil edilib, onlara bu ölkə və tarixi məkanlar haqqında geniş bilgi verilib.
Balkan yarımadasının Adriatika sahilində yerləşən bu dövlət rusca “Çernoqoriya”, italyanca “Monteneqro” adlanır. Yerli dildən tərcümədə isə bu “Tsrna Qora”, yəni “Qara Dağ” deməkdir. Monteneqro ərazisi və əhalinin sayı baxımından çox kiçik ölkədir – təqribən 14 min kvadrat km ərazidə cəmi 623 min əhali yaşayır. Keçmiş Yuqoslaviyanın süqutundan sonra Monteneqro Serbiya ilə birgə vahid dövlət çərçivəsində olub, yalnız 3 iyun 2006-cı ildə bu dövlət tam müstəqilliyini elan edib və hal-hazırda Monteneqronun bir gənc dövlət kimi cəmi 10 yaşı var.
Avropalı turistlərin böyük marağına səbəb olan bu ölkə son illər azərbaycanlı turistlərin də diqqətini cəlb etməyə başlayıb.
Ölkə ərazisini şərti olaraq 3 yerə bölmək olar. Adriatik dənizi sahili, böyük şəhərlərinin yerləşdiyi nisbətən düzənlik olan mərkəzi hissə və dağlıq ərazilərdən ibarət şərqi hissə. Ölkənin quru sərhədləri 614 km təşkil edir. Qərbdə Xorvatiya ilə 14 km, şimal-qərbdə Bosniya və Herseqovina ilə 225 km, şimal-şərqdə Serbiya və Kosovo ilə 203 km, cənub-şərqdə Albaniya ilə 172 km uzunluğunda sərhədi var. Monteneqronun kontinental sahil xəttinin uzunluğu 300 km təşkil edir. Ölkənin tərkibinə daxil olan 14 adanın ümumi sahil xəttinin uzunluğu isə 15,6 km təşkil edir. Monteneqronun çimərliklərinin uzunluğu 73 km-dir. Yeddi ay ərzində sahildəki dəniz suyunun temperaturu +12°C ilə +26°C arasında dəyişir. Dəniz suyunun şəffaflığı bəzi yerlərdə 35 metrə çatır.
Ölkədə çoxsaylı otellər, turst mərkəzləri yüksək xidməti ilə diqqət çəkir. Qiymətlərin ucuzluğu, ailəvi istirahət üçün hər cür şəraitin olması və gözəl təbiət Monteneqronu turistlər üçün vazkeşilməz bir ölkəyə çevirir.
Qeyd edək ki, "Mado-Azərbaycan" restoranlar şəbəkəsinin ayda 2 dəfə müştərilərinə verdiyi bu gözəl fürsətdən yararlanmaq üçün bu restoranları ziyarət edərək ləzzətli təamlarından dadmanız kifayətdir.
Sevinc Rəhimova
Qaynarinfo.Az












