"Mado" restoranlar şəbəkəsinin bir qrup daimi müştərisi üçün Avropanın gözəl turizm ölkələrindən biri olan Monteneqroya təşkil etdiyi səyahət başa çatıb. Qaynarinfo.az xəbər verir ki, səyahətçilər bu gün səfəri başa vuraraq vətənə dönüb.
Səfərin son günü də maraqlı keçib. Ekstrim həyacan yaşayan "Mado" müştəriləri paraşütlə atlanıb, səfərin həyacanını ən yüksək səviyyədə hiss edib. Bir hətə ərzində Monteneqronun ən gözəl güşələrini gəzən, tərixi abidələrini ziyarət edən "Mado" müştəriləri səfərdən razı qalıb.
Qeyd edək ki, "Mado-Azərbaycan" restoranlar şəbəkəsinin ayda 2 dəfə müştərilərinə verdiyi bu gözəl fürsətdən yararlanmaq üçün bu restoranları ziyarət edərək ləzzətli təamlarından dadmanız kifayətdir.