Dünən “Nizami” Kino Mərkəzində Xalq Yazıçısı Elçinin “Mahmud və Məryəm” filminin premyerası keçirilib.
Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak edib. Romantik, dram janrında çəkilən filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir.
Yeni ekran əsərində Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Filmdə Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.