Xəbər lenti

"Marqaret Tetçer çox fərqli bir insan idi"
Ölkə14:05 08.04.2013

"Marqaret Tetçer çox fərqli bir insan idi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müsavat başqanı İsa Qəmbər “Dəmir ledi” haqqında

“Marqaret Tetçer çox böyük bir siyasət, dövlət adamı idi. XX əsrin ikinci yarısında dünya siyasətini müəyyənləşdirən şəxslərdən biri idi. Güclü iradə sahibi olan Marqaret Tetçerin “Dəmir ledi” adlandırılması da təsadüfi deyil. Tetçer nə istədiyini bilən, nə istədiyinə doğru qətiyyətlə irəliləyən bir dövlət xadimi idi.

Azərbaycana baxışlarına gəldikdə isə onun Elçibəy hakimiyyətinin ilk ilində - 1992-ci ilin sentyabrında Azərbaycan gəlməsi müstəqilliyini yeni bərpa edən bir ölkə üçün böyük dəyər idi. Təbii o, Bakıda İngiltərənin maraqlarını təmsil edirdi.

Ancaq mən açıq-aydın hiss edirdim ki, xanım Tetçer Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasını, qanunların hamı üçün bərabər olmasını, Azərbaycanın çağdaş dünyanın bir hissəsinə çevrilməsini istəyir. Mən o zaman Milli Məclisin sədri kimi həm Marqaret Tetçerin qarşılanma və yola salınma mərasimlərində iştirak etmişdim, həm onunla təkbətək söhbətimiz olmuşdu. Çox fərqli bir insan idi. Yəqin ki, Tanrı qiymətini verəcək”./musavat.com/

Qaynar.info