Xəbər lenti

"Megafun" Əyləncə Mərkəzində yanğın... - YENİLƏNİB+FOTOLAR
Ölkə14:11 26.03.2014

"Megafun" Əyləncə Mərkəzində yanğın... - YENİLƏNİB+FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xətai rayonu ərazisində yerləşən "Megafun" İstirahət və Əyləncə Mərkəzində yanğın hadisəsi baş verib.

Mərkəzin direktoru Nurlana Abdülnabi  salamnews-a bildirib ki, “Şəki” restoranında mətbəx qismində istifadə olunan kiçik otaq yanıb. Otaq binanın ikinci mərtəbəsində yerləşir. Yanğın yanğınsöndürmə balonları vasitəsi ilə işçilər tərəfindən söndürülüb. Hazırda hadisə tamamilə nəzarət altındadır. 

________

16:05

Musavat.com-un aldığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yanğını söndürmək üçün hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər briqadası öz işlərini görmək üçün əraziyə daxil olmaqda olduqca ciddi çətinliklə üzləşiblər.