
Bu gün Qaynar.info "Məhsul" stadionunun təmirə bağlanması ilə bağlı xəbər yaymışdı.
Artıq məsələyə rəsmi münasibət bildirilib. Belə ki, oktyabrın 23-də Yasamal rayonu ərazisində yerləşən "Məhsul" stadionu bir ay yarımlıq müddətə təmirə dayandırılacaq.
Qaynar.info xəbər verir ki, bu barədə publika.az-a açıqlamasında Azərbaycan Həmkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən İdman Təşkilatları Assosiasiyasının təşkilat şöbəsinin müdiri Mahmud Məmmədov məlumatı təsdiqləyib.
Sözügedən stadionun Azərbaycan Həmkarlar Konfederasiyasının balansında olduğunu vurğulayan M.Məmmədov qeyd edib ki, stadion müvəqqəti təmirə dayandırılacaq. Onun sözlərinə görə, təmir zamanı stadionun ərazisində tanınmış Azərbaycan futbolçusu və hazırda Yasamal rayonunda yaşayan Vəli Qasımovun adını daşıyacaq idman məktəbi də açılacaq. M.Məmmədov deyib: “Artıq danışmışıq, yaxın günlərdə təmirə də başlanılacaq və proqrama uyğun olaraq işlər görüləcək”.