Xəbər lenti

"Mən atamla fəxr edirəm" - Şəhid oğlu
Ölkə05:50 11.04.2016

"Mən atamla fəxr edirəm" - Şəhid oğlu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəhid olan pilot, mayor Təbriz Musazadənin oğlu Onur Musazadə atası ilə fəxr etdiyini deyib.
“Qafqazinfo”ya danışan O. Musazadə bildirib: “Atamla fəxr edirəm və ona layiqli övlad olacağam. Onlar qəhrəmandılar...”
Digər pilot, mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə isə belə deyib: “Özü dedi ki, gedib ermənilərin qanını içəcəyəm. Deyirdi o torpaqlar bizimdir. Bunu balaca uşaqlarımıza saxlamalı deyilik. Onunla fəxr edirik. Bütün Azərbaycan onu tanımalıdır. Urfan mənim sinif yoldaşım olub. Bu ilin iyunun 26-da toyumuzun 10 ili tamam olacaqdı. Toyumuz Silahlı Qüvvələr günü olub”.
Şəhid polkovnik-leytenant Murad Mirzəyevin yoldaşı Fizzə Mirzəyeva: “Onunla fəxr edirəm”.
Bəkir İsmayılovun həyat yoldaşı Şəbnəm xanım: “Fəxr edirəm ki, o cür qayğıkeş bir insanın həyat yoldaşıyam. O, bizi uca zirvələrə qaldırdı. Bütünlüklə vətənə bağlı idi, bütün Azərbaycanın övladı idi”.
Qaynar.info