Xəbər lenti

"Mən nazir vəzifəsinə biznesdən gəlmişdim" - FÜZULİ ƏLƏKBƏROV
Ölkə08:06 13.11.2013

"Mən nazir vəzifəsinə biznesdən gəlmişdim" - FÜZULİ ƏLƏKBƏROV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Eks-nazir Füzuli Ələkbərov məmurlardan birinin yaxınının yas məclisində işdən çıxarılmasından danışdı.

"Vəzifəmdən azad edilməyim mənə qətiyyən pis təsir etmədi. Çünki mən nazir vəzifəsinə biznesdən gəlmişdim və indi də biznesimə qayıdıram. Belə desək, bir kabinetdən, digər kabinetə keçmişəm."

Avropa.info xəbər verir ki, bu sözləri bir  neçə gün  öncə dövlət məmurlarından birinin  yaxınının yas  məclisində  iştirak edən eks - əmək və əhalinin sosial müdafiəsi naziri  Füzuli Ələkbərov bir neçə məmurla söhbəti zamanı deyib. Eks-nazir vəzifəsindən uzaqlaşdırılmasından təssüflənmədiyini və bundan sonra da prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyəcəyini bildirib: "Prezident harada məsləhət biləcəksə, orada da olacam".

Qeyd edək ki, prezident İlham Əliyevin  oktyabrın 22-də  verdiyi sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov tutduğu vəzifədən azad edilib. Prezidentin digər sərəncamına əsasən Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Qaynar.info