Xəbər lenti

"Mercedes" körpüdən aşıb: ölən və yaralananlar var
Ölkə07:35 01.04.2017

"Mercedes" körpüdən aşıb: ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın Qaradağ rayonu ərazisində, Bakı-Qazax magistral yolunun 67-ci kilometrində bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

"Qaynar" "report"-a istinadla xəbər verir ki, hadisə Bakı Dəniz Limanının yaxınlığındakı körpüdə qeydə alınıb.

Belə ki, "Mercedes" körpüdən aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Qəza nəticəsində dünyasını dəyişmiş şəxslərdən biri avtomobilin sürücüsü Səlimov Səlim Zakir oğludur. Hadisə zamanı iki qardaş - 1988-ci il təvəllüdlü Cəlilov Xəyyam İlham oğlu, habelə 1993-cü il təvəllüdlü Cəlilov Gülağa İlham oğlu xəsarət alıblar.

Yaralılardan biri - Cəlilov Gülağa İlham oğlu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişənlərdən biri qadındır. O, avtomobilə sərnişin qismində əyləşibmiş. 

Qaynar.Az