
"Mərkəzi Bank Palataya yalnış məlumatlar verərək vəziyyətin yaxşı olduğunu deyir. Çünki özünün qeyri-qənaətbəxş bank nəzarətini ifşa etmək istəmir".
Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov bankların bağlanmasına münasibət bildirərkən deyib.
Əkrəm Həsənovun sözlərinə görə, heç bir ölkədə prinsip etibarilə banklar üçün normal say meyarı yoxdur: "Ölkədən-ölkəyə fərq var. Amerikada əhalinin sayına düşən bank çoxdur, Avropada isə əksinə azdır. Amma iri banklardır. Əsas o deyil ki, bankların sayı nə qdərədir? Əsas olan keyfiyyətdir. Bu gün Azərbaycanda 33 bank var. Bu da orta bir göstəricidir. Əlbbətdə ki, bundan çox və ya az da ola bilər. Təssüf ki, keyfiyyətləri çox pisdir. Bank elə bir sistemdir ki, bir neçə bank keyfiyyəti zəif olmasına baxmayaraq fəaliyyət göstərirsə, bu bütövlükdə sistemə pis təsir göstərir".
Ekspert bildirib ki, bankların bağlanmayacağı deyilir, amma bağlanır: "Bu o deməkdir ki, bank nəzarətini həyata keçirən dövlət qurumları vəziyyəti düzgün qiymətləndirə bilmirlər. Bunun müəyyən obyektiv səbəbləri də var. Çünki banklara nəzarət səlahiyyəti Mərkəzi Bankdan Maliyyə Bazarlarına Nəzarət Palatasına keçib. Palata isə bir neçə ay ərzində bankları tam yoxlayıb və düzgün qiymətləndirə bilməyib. Mərkəzi Bankın ona verdiyi məlumatlara əsaslanaraq çox şeyi deyir. Mərkəzi Bank isə vəziyyətin yaxşı olduğunu deyib. Çünki özünün qeyri-qənaətbəxş bank nəzarətini ifşa etməmək üçün yanlış məlumatlar verib".
Əkrəm Həsənov qeyd edib ki, burda subyektiv məqamlar da var: "Kadr problemləri var. Mərkəzi Bank özünün vaxtilə buraxdığı səhvləri ört-basdır etmək üçün müdaxilə etməyə çalışır. Bütün bunlar da ictimayətə düzgün məlumatın ötrülməməsinə gətirib çıxarır. Hər şey sonradan məlum olur. Bu da təbii ki, çox pis bir haldır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az