Xəbər lenti

"Mərkəzi Bankın qərarı inflyasiyanı artıracaq, kreditlər bahalaşacaq" - AÇIQLAMA
Ölkə11:38 05.08.2016

"Mərkəzi Bankın qərarı inflyasiyanı artıracaq, kreditlər bahalaşacaq" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mərkəzi Bankın bu addımı insanlara mənfi təsir edəcək"

Azərbaycan Mərkəzi Bankı 2016-cı il avqustun 8-dən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib. 

AMB-nin rəsmi açıqlamasında bildirilir ki, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır.

İqtisadçı-ekspert Natiq Cəfərli Qaynarinfo.Az-a açıqlamasında uçot dərəcəsinin qaldırılması ilə inflyasiyanın sürətlənəcəyini bildirib. 

Natiq Cəfərli

Ekspertin sözlərinə görə, rəsmi inflyasiya artıq 10,5 % idi və bu addım inflyasiyanın sürətlənməsinə dair atılıb: "Uçot dərəcəsinin artması kreditləri bahalaşdıracaq. Əslində, kredit resurslarının bahalaşmasına xidmət edən bir qərardır. Bu qərar iqtisadi aktivliyə mənfi təsir göstərəcək. Mərkəzi Bank tərəfindən iqtisadi aktivliyin stimullaşdırma proqramları həyata keçirmək lazım idi. AMB isə, bu addımı ilə əksinə inflyasiyanı artırmaqla, iqtisadi aktivliyi zəiflədərək kreditləri bahalaşdıracaq. Görünür, manatın dəyərdən sürətlə düşmə ehtimalı var ki, qabaqlayıcı addım kimi bu addımı atıb. Mərkəzi Bank müxtəlif çıxış yollarından istifadə etmək əvəzinə, ən sadə, primitiv və insanlara mənfi təsir edəcək bir qərar verdi".

Pərvin Zeynal

Qaynarinfo.Az