Xəbər lenti

"Mitinqə daha çox siyasi təşkilatların qatılmasına çalışırıq" - Elman Fəttah
Ölkə09:33 01.09.2016

"Mitinqə daha çox siyasi təşkilatların qatılmasına çalışırıq" - Elman Fəttah

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İstənilən halda bu sadə bir hadisə olmadığına görə, aksiya mütləq olacaq".

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah referendum öncəsi müxalifətin mitinq qərarlarına münasibət bildirərkən deyib.

Elman Fəttah bildirib ki, Milli Şura özləri mitinq keçirmək fikrindədi: "Biz də onların fikrinə  hörmətlə yanaşırıq. Müsavat Partiyası ictimai siyasi təşkilatlarla referendum hadisəsinə qarşı mübarizəni birgə və ümumiləşdirilmiş şəkildə aparılması üçün çalışır. Ancaq buna müsbət və mənfi cavab verən təşkilat və qurumlar var. Ona görə də hələlik müxalifətin bu mübarizəsini ümumiləşdirməyi, düşünülmüş şəkildə mübarizə aparmasına nail ola bilmirik. Təəsüflər olsun ki, mübarizə hələ dağnıq gedir".

Elman Fəttah qeyd edib ki, prinsip etibarilə bizim mitinqin tarixləri də məlumdur: "Müsavat Partiyası 18-i və 24-ü sentyabr tarixində mitinq keçirəcək. Bu tarixlərin ya birində ya da hər ikisində kütləvi yürüşlər nəzərdə tutulur. Mümkün qədər daha çox siyasi təşkilatların qatılmasına çalıcağıq. İstənilən halda bu sadə bir hadisə olmadığına görə, aksiya mütləq olacaq. Hansı formada olcağı ilə bağlı isə hələ ki məsləhətləşmələr gedir. Müzakirələrdən sonra Müsavat Partiyası yekun qərarını və fikrini ictimayətlə bölüşəcək".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az