Xəbər lenti

"Müftәxorlar bu sahәdәn uzaqlaşdırılmasa..." - Sabiq nazir
Ölkə17:16 26.10.2014

"Müftәxorlar bu sahәdәn uzaqlaşdırılmasa..." - Sabiq nazir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycanın əsl alimlərinin elmi potensialını qorumaq lazımdır, onların maaşı artırılmalıdır”. 

Qaynar.info xәbәr verir ki, bu sözlәri Moderator.az-a açıqlamasında sabiq təhsil naziri, görkəmli ziyalı Firudin Cəlilov bildirib. 

F.Cəlilovun sözlərinə görə, elmə ayrılan vəsaitlərin artırılmasına ehtiyac olsa da, öncə bu sektordan müftəxorları uzaqlaşdırmaq, ayrılacaq vəsaitlərin havaya sovrulmasının qarşısını almaq lazımdır:“Eyni zamanda, minlərlə havayı yeyən, heç bir elmi dəyəri olmayanları bu sahədən uzaqlaşdırmaq lazımdır. Bundan sonra elmə ayrılan pulun miqdarı haqqında danışmaq olar. İndi nə qədər artsa da, havaya sovrulacaq”.

Qaynar.info