Xəbər lenti

"Müsavat moratoriumu sabah poza bilər" - Tural Abbaslı
Ölkə13:09 16.01.2014

"Müsavat moratoriumu sabah poza bilər" - Tural Abbaslı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah Müsavat Partiyası müxalifət qüvvələri arasında ittihamlara birtərəfli qaydada moratorium qoyulması məsələsinə baxacaq".

Bunu Qaynar.info-ya Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, bu məsələ ilə bağlı divanın növbəti iclasında müzakirələr olacaq: "Keçən həftə divanın iclası başqan İsa Qəmbərin Gürcüstanda olması səfəri ilə təxirə düşdü. Amma sabah divanın növbəti iclası keçiriləcək. Divanın bəzi üzvüləri tərəfindən də "moratorium ləğv olunsun" fikri irəli sürülüb. Əgər qarşı tərəf özlərinə qarşı həqiqət eşitmək istəyirlərsə, biz moratoriumu ləğv edib bu həqiqətləri onlara deyə bilərik. Böyük ehtimala deyə bilərəm ki, həqiqətə uyğun olmayan bu fikirlər davam etsə, moratorium ləğv olunacaq."

"Moratorium məsələsi müzakirəyə çıxarılsa, sizin fikriniz nə olacaq" sualına isə Turab Abbaslı buna əvvəldən qarşı olduğunu bildirib: "Çünki mən bizə qarşı yalan danışan, iftira atan insanların xarakterinə bələdəm. Bilirdim ki, bu insanlar bu addımı lazımınca qiymətləndirəcək səviyyədə deyillər. Odur ki, mən əvvəlcədən belə moratorimun əlehinə idim, divanının iclasında da bu fikrimi bildirəcəm". 

Elkin Xəlilov

Qaynar.info