Baş nazirin müavini Abid Şərifov Sovetskidə sökülən abidələrlə bağlı açıqlama verib. ANS TV-yə müsahibəsində o, aparılan söküntü işlərinin qanun çərçivəsində həyata keçirildiyini və tariximizə kifayət qədər hörmət edildiyini bildirib.
Bundan əlavə o qeyd edib ki, bəzi tarixi abidələr qorunub saxlanacaq, bərpaya ehtiyacı olanlar isə təmir olunaq: "Bu abidələr siyahıdan çıxarılıb. Bu rəy nəticəsində olub, kiminsə özbaşınalığının nəticəsi deyil. Həmin abidə ev kimi qeydə alınmışdı. Sonra mənə Əbülfəz müəllim zəng etdi (Mədəniyyət naziri- red.) və dedi ki, bu qədim hamamdır. Nəticədə biz onu siyahıdan çıxartdıq, onu gələcəkdə restavrasiya edə bilərik. O ki qaldı, Abbas Mirzə Şərifzadənin evinin sökülməsinə, bu haqda söhbət yoxdur".