Xəbər lenti

"Nazirliklərin sayı azaldılmalıdır" - Millət vəkili
Ölkə10:38 15.03.2016

"Nazirliklərin sayı azaldılmalıdır" - Millət vəkili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda mövcud nazirliklərin sayının azaldılması təklif edilir.

Qaynar.info report-a istinadən bildirir ki, bu təkliflə deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında hökumətin 2015-ci il hesabatının müzakirəsi zamanı çıxış edib.

"Azərbaycanda nazirliklərin sayı çoxdur. Hazırda ölkədə 20 nazirlik var. Bu məsələ islahatlara ciddi maneçilik göstərən amillərdən olacaq. Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatların genişlənməsinə imkanlar aça bilər", - deyə millət vəkili qeyd edib.

Həmçinin, Ə.Məsimli çıxışı zamanı indiki zamanda regionların potensialından istifadənin vacibliyinə də diqqət çəkib.

Qaynar.info