Xəbər lenti

"N!DA"-çıları həbsxanaya aparan maşına bibər qazı atdılar - ŞOK
Ölkə11:47 01.04.2014

"N!DA"-çıları həbsxanaya aparan maşına bibər qazı atdılar - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"N!DA"-çı gəncləri məhkəmədən həbsxanaya aparan maşına bibər qazı atıblar"

Qaynar.info xəbər verir ki, bunu araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib.

Xədicə İsmayıl bildirib ki, bunun nəticəsində Zaur Qurbanlının səhhəti pisləşib: "İndicə Kürdəxanıdan zəng vurub xəbər elədilər. "NİDA"-çılar məhkəmədən Kürdəxanıya aparılarkən maşındakı isti və havasızlıqdan Zaur Qurbanlının astmatik tutması olub, havası çatmayıb. Məhbuslar qapını döyüb, etap olunduqları maşının pəncərəsinin, qapısının açılmasını tələb ediblər ki, içəri bir az hava gəlsin. Nəzarətçilər məhəl qoymayıblar, uşaqlar qapını döyəcləməkdə davam ediblər. Nəzarətçilər maşının içinə bibər qazı sıxıblar, bunun nəticəsində Zaurun vəziyyəti daha da ağırlaşıb. İlkin Rüstəmzadənin isə gözləri zədələnib."

Elkin Xəlilov

Qaynar.info