Xəbər lenti

"Neftçi" Mingəçevirə getməkdən imtina etdi
İdman10:40 17.11.2016

"Neftçi" Mingəçevirə getməkdən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Mingəçevirdə bədii gimnastika üzrə Açıq Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok yarışına start veriləcək.

Qaynarinfo.Az xəbər verir ki, XXIII Azərbaycan Birinciliyi və III Bölgələrarası Kubok turniri 2 gün davam edəcək.

Yarışlarda "balacalar” (2006-2008), "yeniyetmələr” (2004-2005) və "gənclər” (2001-2003) yaş kateqoriyasında 103 fərdi gimnast və 9 qrup komandası iştirak edəcək. Onlar "Ocaq Sport" Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, "Gömrükçü" İdman Klubu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin "Zirvə" klubu, Gəncə və Qusar şəhərləri, Kürdəmir və İsmayıllı rayonlarını təmsil edəcəklər.

Göründüyü kimi, yarışlarda ölkəmizin ən böyük idman cəmiyyətlərindən biri olan "Neftçi" İdman Klubu ictimai birliyi və uzun illərdir bədii gimnastika sahəsində uğurla fəaliyyət göstərən "Spartak” könüllü Bədən Tərbiyəsi və İdman cəmiyyətinin idmançıları Mingəçevirə yollanmayıblar. Məsələ ilə bağlı fikrini öyrəndiyimiz Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Bikə Abdullayeva hər iki kollektivin yarışda iştirak etməməsinin səbəbini bilmədiyini qeyd etdi.  

Xatırladaq ki, bu dəfə turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan təşrif buyurmuş idmançılar da çıxış edəcəklər. Turnirə noyabrın 19-da yekun vurulacaq (sportfm.az).

Qaynarinfo.Az